Avropa İttifaqı Ukraynaya yardım ayıracaq- iyunda

Bu gün Avropa Komissiyasının təklif etdiyi bir milyard avro həcmində makromaliyyələşdirmə proqramından təxminən 500 milyon avroluq birinci yardım tranşının iyunda Ukraynanın hesabına yatırılması gözlənilir.

Bu barədə Avropa Komissiyasının Ukraynaya maliyyə dəstəyi göstərilməsi üzrə Avropa Şurası üçün təklifində deyilir.

Sənəddə deyilir: "Tranşlar arasında yubanma minimum üç ay olacaq. İlk hesaba yatırma 2014-cü ilin iyununda, ikinci isə cari ilin payızında gözlənilir".

AzNews.az