02:18
(077) 610-22-33

6 tərəfdaş ölkə Ukrayna məmurlarına qarşı sanksiyalara qoşulub

  • >
1 025 19 Mart 2014 20:36 | Dünya

Avropa Birliyinin tərəfdaş ölkələri Viktor Yanukoviç və daha 17-i Ukrayna məmuruna qarşı tətbiq edilən sanksiyalara qoşulublar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Avropa diplomatiyasının başçısı Ketrin Eştonun adından yayılan rəsmi məlumatda bildirilir.

"Avropa Birliyinə namizəd ölkələr Monteneqro və İslandiya, potensial namizəd Albaniya, Avropa azad ticarət assosiasiyasının üzvləri Lixtenşteyn və Norveç, habelə Moldova qərara qoşulurlar", - sənəddə qeyd olunur.

Xatırladaq ki, martın 6-da Avropa Birliyi dövlət vəsaitlərinin mənimsənilməsində şübhəli bilinən Ukrayna məmurlarının adlarını açıqlayıb.

AzNews.az
Bağla X