Krımda Rusiya pasportları paylanılır

Rusiya Federasiyası (RF) Federal Miqrasiya Xidməti Krımda Rusiya pasportlarının verilməsinə başlayıb.

Trend-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə qurumun sədri Konstantin Romodanovski bildirib.
RİA Novosti-nin məlumatına görə, RF Prezidenti tərəfindən Dövlət Dumasına təqdim edilən Krım və Sevastopolun Rusiyanın tərkibinə daxil olması haqqında qanun layihəsində deyilir ki, Krımın RF-nin tərkibinə daxil olduğu gündən etibarən Krımda daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilirlər.
K.Romodanovski qeyd edib ki, bu işə artıq başlanılıb: "Biz pasportların bir hissəsini artıq bu gün verməyə başlamışıq və gündən-günə bu işin intensivliyi artacaq".
Bununla yanaşı, Xidmət rəisi Rusiya vətəndaşı olmaq istəməyən şəxslərin Krımda necə yaşayacağı və işləyəcəyi barədə dəqiq bir söz deməyib: "Bütün problemli məsələlər nizamlanacaq".

AzNews.az