ABŞ parçalanır

Ağ Evin rəsmi saytında ABŞ-ın ştatlarda yaşayan sakinlərin xahişi ilə yeni petisiya yerləşdirilib. Sakinlər yaşadığı ştatın Vaşinqtona bağlı olmağını istəmir.

Hazırda petisiyaya səs verən ABŞ vətəndaşlarının sayı 300 mini ötüb. ABŞ-dan ayrılmaq istəyən ştat sakinlərinin sözlərinə görə, onlar Müstəqillik bəyannaməsinin şərtlərinə uyğun hərəkət edirlər. Belə ki, bəyannamədə bildirilir: "Ölkədə elə vəziyyət yarana bilər ki, xalqlardan birinin təhlükəsizlik və xoşbəxtliyi naminə digər xalqla siyasi zəncirləri qırmasına icazə verilir". Sözügedən prosesdə lokomotiv rolunu Texas ştatı oynayıb. Ştatın 70 min vətəndaşı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya səs verib. Növbəti sıralarda Luiziana, Florida, Alabama, Missisipi, Nyu-Jersi, Kentukki ştatları gəlir. Petisiyaya ümumilikdə 29 ştat qoşulub. Ştat rəhbərləri məsələ ilə bağlı prezident Barak Obamaya müraciət edib. "Xahiş olunur ki, ştatlara ABŞ tərkibindən çıxmaq hüququ, ya da referendumun keçirilməsinə icazə verilsin". Müraciətdə həmçinin qeyd olunur ki, 29 ştat ölkədə insanların şəxsi həyatına hakimiyyətin qeyri-adekvat addım atmasına, iqtisadi islahatların keçirilmədiyinə və ABŞ vətəndaşının hüquqlarının pozulduğuna görə ABŞ-dan ayrılmaq istəyir (ANS).