05:55
(077) 610-22-33

Müxalifətçilərdən çağırış: Prezident seçkiləri boykot edilsin

  • >
1 188 22 Mart 2014 08:36 | Dünya

Aprel ayında keçiriləcək prezident seçkilərini boykota çağırmaq üçün müxalifətin minlərlə tərəfdarı Əlcəzair paytaxtında mitinqdə iştirak ediblər. Bu barədə BBC telekanalı məlumat verir.
İslamçı və kübar müxalifət partiyaları dördüncü müddətə seçilmək niyyətində olan ölkənin hazırkı prezidenti Əbdüləziz Buteflikanın seçkilərdə iştirakına əleyhinədirlər.

77 yaşlı ölkənin hazırkı prezidenti xəstədir və ötən il insult keçirib. Müxalifət hesab edir ki, Buteflika çox qocadır və artıq ölkəni idarə etmək iqtidarında deyil.

BBC müxbirlərinin sözlərinə görə, prezident son aylarda kütlə qarşısında nadir hallarda görünüb, lakin hakim Milli Azadlıq cəbhəsi, həmçinin hərbi və biznes elitalar tərəfindən dəstəklənməsi demək olar seçkilərdə onu qələbə ilə təmin edir.

AzNews.az
Bağla X