20:05
(077) 610-22-33

Donetsk Ukraynanın yeni hökumətinə qarşı çıxır

  • >
965 22 Mart 2014 20:54 | Dünya


Bu gün Donetskdə Ukraynanın yeni hökumətinə qarşı mitinq keçirilib.


AzNews.az - ın xəbərinə görə bu məlumatı rus mətbuatı yayıb. NTV - nin məlumatına görə mitinqdə bir neçə min adam iştirak edib. Nümayişçilər yenidən Kiyevin təyin etdiyi qubernatoru tanımadıqlarını bildiriblər və vilayət referendumunun keçirilməsi üçün çağırışlar ediblər. Mitinqçilər həmçinin rus dilinin döblət dili kimi qəbul edilməsini tələb ediblər.
Xarkovda isə Azadlıq meydanına Ukraynanın federallaşması tərəfdarları toplaşıblar. Orada da referendum keçirilməsi və Ukraynanın cənub - şərqinin geniş muxtariyyəti və özünüidarəsinin yaradılması tələbi irəli sürülüb.

Əli
AzNews.az

Bağla X