06:37
(077) 610-22-33

Yaxın günlərdə bəzi hərbi hissələr Krımdan çıxarılacaq

  • >
935 23 Mart 2014 18:03 | Dünya


Çox yaxın zamanda Krımdan bəzi hərbi hissələrin evakuasiya edilməsi barədə qərar qəbul ediləcək.

AzNews.az - ın UNN - ə istinadən verdiyi xəbərə görə bu barədə Ukrayna Ali Radasının müdafiə naziri təyin etdiyi İqor Tenyux məlumat verib. Tenyuxun sözlərinə görə Ukrayna tərəfi hərbi hissələrin yerləşdirilməsinə hazırdır.

Əvvəlcə xəbər verildiyinə görə, Krımda xidmət keçən Ukrayna hərbiçilərinə səlahiyyət verilib ki, istəklərindən asılı olaraq RF hərbi hissələrində qulluqlarını davam etdirsinlər və xidmətlərini bitirəndən sonra Krımda qalaraq yaşasınlar. Krımdakı Ukrayna hərbi hissələrində qulluq edənlər isə xidmətdən sonra mütləq Ukraynaya qayıtmalıdırlar.

22 martda RF Müdafiə Nazirliyi məlumat yayıb ki, Krımdan Ukraynaya 18 min hərbi qulluqçudan yalnız 2 mini qayıtmaq fikrində olduğunu bildirib. 22 mart tarixinə qədər Krımda yerləşdirilən 189 Ukrayna hərbi hissələrində RF - nın bayrağı qaldırılıb.

Əli
AzNews.az

Bağla X