Türk HHM qüvvələri Suriya təyyarəsini vurub


Türk hərbçiləri Suriya təyyarəsini vurub.

AzNews.az - ın xəbərinə görə bu barədə xarici mətbuatlarda məlumat yayılıb. Məlumata görə Suriya təyyarəsi sərhəd şəhəri Kasabın üzərindən üçarkən Türkiyə hava sərhədlərini dəfələrlə pozub və bundan sonra türklər atəş açıblar.
Rəsmi Dəməşq hələ ki, hadisə barədə münasibət bildirməyib.
Kasabda Suriya ordusu ilə "İslam ordusu" və "Cihad ən - nusri"qruplaşmaları arasında qanlı döyüşlər gedir. Silahlılar bura Türkiyədən keçiblər.
23 martda Livanın paytaxtı Beyrutda Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında qanlı toqquşma baş verib. 1 nəfər ölüb, 10 - larla nəfər isə yaralanıb. Toqquşmaya Livan ordusu müdaxilə edib. Atışma Suriya ordusunun üsyançıların Livan sərhəddində qurduqları dairəvi bastionu ələ keçirdikdən sonra baş verib.

Azər
AzNews.az