16:38
(077) 610-22-33

Kiyevdə bir qrup silahlı şəxs saxlanılıb

  • >
771 25 Mart 2014 18:34 | Dünya


Kiyev milisi ağır cinayət işləri törətməkdə şübhəli bilinən qruplaşmanın üzvlərini saxlayıb.

AzNews.az xəbər verir ki, bu məlumatı Ukrayna DİN mətbuat xidməti yayıb.
Verilən məlumata əsasən tutulan şəxslər paytaxt Hidroparkının ərazisində gizlənmək istəyərkən müəyyən edilərək tutulublar.

"Qrupun tərkibində 9 nəfər olub. Onlardan iki nəfəri hüquq - mühafizə orqanlarının axtardığı çəxslər olub. Onlar şəxsi evdə gizlənirmiş. Tutulan şəxslərdən döyüşə hazır vəziyyətdə patronları ilə birlikdə 2 Kalaşnikov avtomatı, 7 tapança,pnevmatik silah, bıçaqlar, tüstüləyən şaşkalar və "Molotov qarışığı" götürülüb. Əlavə məlumata görə tutulan şəxslər ağır cinayətlər törədiblər",- məlumatda deyilir.

Tutula şəxslərdən habelə orqtexnika,professional fotoaparat və digər qiymətli əşyalar götürülüb. Götürülən əşyaların mənşəyi araşdırılır.

Azər
AzNews.az

Bağla X