Saşa Beloqu necə öldürdülər


"Sağ cinah" Ukrayna DİN - nə liderlərindən biri Saşa Beloq öldürüləndən sonra müharibə elan edib.

AzNews.az "Qazeta RU" - ya istinadən xəbər verir ki, Ukrayna DİN Biloqun xüsusi əməliyyat zamanı müqavimət göstərdiyinə görə zərrərsizləşdirildiyini bildirib. Sonra isə bu məlumat təkzib olunub və onun özü - özünü güllələdiyi haqda məlumat yayılıb.
"Sağ cinah" liderlərindən biri Saşa Bilıy ləqəbli Aleksandr Muzıçkinin öldürülməsini DİN - ə qarşı müharibənin başlaması kimi qiymətləndirib.
"Biz Arsen Avakovdan(erməni əsilli Daxili İşləır naziri - "AzNews.az") qardaşımızın ölümünə görə qisas alacağıq. Saşanın güllələnməsi birbaşa nazirin əmri ilə olub. Onun milisə çağırılması barədə heç bir bildiriş olmayıb. Saşa dostunun ad gününü keçirdiyi kafedə güllələnib", - deyə "Sağ cinah" - ın Rovno vilayəti üzrə təmsilçisi bildirib.

Əli
AzNews.az