Türkiyə və ABŞ Əsəd rejiminin devrilməsi ilə bağlı plan hazırlayır Türkiyə və ABŞ Əsəd rejiminin devrilməsi ilə bağlı plan hazırlayır

6 saatlıq görüşün təfərrüatları açıqlandı

Türkiyə və ABŞ Əsəd rejiminin devrilməsi ilə bağlı plan hazırlayır


Аnkarada Türkiyə və ABŞ rəsmiləri "operativ planlaşdırma qrupu" nun iclasını keçirib. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, iclasın keçirildiyi rəsmi mənbələrdən təsdiqlənib.

Toplantıda Amerika və Türkiyədən xüsusi təyinatlıların təmsilçiləri və diplomatların iştirak etdiyi bildirilir. Verilən məlumata görə, onların arasında Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Xalit Çevik və ABŞ dövlət departamentinin əməkdaşı Elizabet Cons da olub.

Toplantıda hərbiçilər və diplomatlar Suriyadakı siyasi, hərbi vəziyyəti müzakirə ediblər. Əsədin kimyəvi silahdan istifadə etmə ehtimalı da nəzərdən keçirilib və Əsəddən sonrakı dövr müzakirə olunub. Toplantının 6 saat sürdüyü bildirilir.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında operativ planlaşdırma qrupunun yaradılması ilə bağlı qərar dövlət katibi Hilari Klintonun İstanbul səfəri zamanı qəbul olunmuşdu. Məqsəd isə Əsəd rejiminin devrilməsi ilə bağlı plan hazırlamaq və ölkəni yeni dövrə hazırlamaqdır. Bundan əlavə, Türkiyə Suriya məsələsindən birbaşa təsirlənən ölkə olduğundan bu cür müzakirələrin ölkəsində keçirilməsində maraqlı tərəf kimi çıxış edir.

Sadiq
AzNews.az