Ukrayna 80 min milisini ixtisara salır


Ukrayna hökuməti 80 min milis işçisini ixttisara salmaq niyyətindədir.

AzNews.az xəbər verir ki, bu məlumatı Ukrayna Baş naziri Arseniy Yesenyukun bəyəndiyi qanun layihəsinə istinad edən "Delo" dərgisi yayıb.
Qeyd edilir ki, Ukrayna DİN - dən 79,4 min nəfər, təhlukəsizlik xidmətindən 3350 nəfər, xüsusi xidmət idarəsindən 300 nəfər üzaqlaşdırılacaq.
Yasenyuk bundan əvvəl dövlət icra hakimiyyətində işləyən məmurların 10% - nin ixtisara salınacağı barədə məlumat verib. Bir az sonra məlum olub ki, Ukrayna Rusiyadakı səfirliyindəki əməkdaşlarının da sayını kifayət qədər azaldıb.

Əli
AzNews.az