Müalicəsi olmayan epidemiya - Təhlükə


Bu günlər Ümumdünya səhiyyə təşkilatının diqqəti Afrikanın cənubuna yönəlib.

AzNews.az NTV - yə istinadən xəbər verir ki, burada dünyada əleyhinə heç bir dərman preparatı və vaksini olmayan ölümcül Ebola qızdırması sürətlə yayılmaq üzrədir.
Bu ayın əvvəlindən Ebolaya şübhə ilə 100 - ə yaxın şəxs qospitala yerləşdirilib. Onların yarıdan çoxu ölüb.
Hələ ki, 13 nəfərdə bu xəstəliklə yoluxma rəsmən qeydə alınıb. Onların hamısı Qvineya vətəndaşlarıdır.
Son məlumatlara görə virus artıq qonşu Liberiya və Syerra - Leonaya da nüfuz edib.
Qvineya dünyanın kasıb dövlətlərindən biridir. Son günlər burada və qonşu ölkələrdə bu naməlum xəstəlikdən 60 nəfər ölüb.
Bu xəstəlik adi qrip kimi başlayır, sonra bütün oynaqlar ağrıyır. Daha sonra ishal və qusma xəstəni əldən salır. Bütün bədəndə yaralar açılır və xəstə ölür.
NTV - nin müxbirinin yazdığına görə Qvineyada nə baş verdiyini müəyyən etmək üçün heç bir tibbi təchizat yoxdur.

Ümumdünya səhiyyə təşkilatı açıq - aydın narahatçılığını bildirib ki, qısa müddətdə kəsərli tədbir görülməsə bu naməlum virus bütün dünyanı təhlükə altında qoya bilər.

Əli
AzNews.az