NATO-nun yeni baş katibi təyin edilib

Norveçin sabiq baş naziri Yens Stoltenberq NATO-nun yeni baş katibi təyin edilib.

AzNews.az - ın xarici mətbuata istinadən xəbərinə görə, yeni baş katib oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.
Hazırda alyansa Anders Foq Rasmussen rəhbərlik edir.
Beş ildən artıqdır NATO-nun baş katibi postunu tutan Anders foq Rasmussenin səlahiyyət müddəti sentyabrın son günü başa çatacaq.


AzNews.az