"Baş verənlər qərarımı dəyişdirməyəcək” "Baş verənlər qərarımı dəyişdirməyəcək”

Erməni əsilli yazar Ərdoğana səs verəcək

"Baş verənlər qərarımı dəyişdirməyəcək”



Fəthullah Gülənin lideri olduğu "Xidmət" hərəkatına aid "Zaman" qəzetində köşə yazarı olan erməni əslli Etyen Mahçupyan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verəcək. Anspress-in xəbərinə görə, bu barədə Mahçupyan "Sabah" qəzetinə verdiyi müsahibədə deyib.

"Mən AKP-yə səs verəcəyəm. Baş nazirin üslubunu bəyəndiyim üçün yox. Türkiyədə sosioloji hadisə baş verir. Xalqın mərkəzə gedərək Türkiyənin demokratikləşməsinə dəstək verəcəyi bir dövrü yaşayırıq. Bu, Türkiyənin tarixində ilk dəfə olur..."

Yazar həmçinin artıq 20 ildir seçkilərdə Ərdoğana səs verdiyini deyib.

"94-cü ildəı keçirilən bələdiyyə seçkisində Refah partiyasına (Ərdoğana) səs verdim. Sonra keçirilən seçkilərdə isə AKP-yə səs verdim. Yəni 20 ildir bu cizgiyə səs verirəm. Hal-hazırda baş verənlər mənim qərarımı dəyişdirməyəcək".

AzNews.az