01:11
(077) 610-22-33

“Tayms”: “Gülənçilərə qarşı sərt tədbir görüləcək”

  • >
787 31 Mart 2014 17:46 | Dünya

"Faynənşnl Tayms" qəzeti Ərdoğanın seçkidən sonrakı nitqini analiz edib.

Türkiyədə dünən həyata keçirilən bələdiyyə seçkisindən İngiltərənin "Faynənşnl Tayms" qəzeti də yazıb. Qəzet çox maraqlı başlıq qoyub:

"Ərdoğan milli seçkilərdə qalibiyyətini elan etdi"

Qəzetin İstanbuldakı müxbiri Daniel Dombey Türkiyənin Baş naziri R.T.Ərdoğanın zəfər qutlamasının Gülən hərəkatı üzvlərinə qarşı qısa müddətdən sonra sərt tədbirlər görəcəyi ilə bağlı təəssürat yaratdığını deyib.
Dombey Ərdoğanın düşmənlərini korrupsiya istintaqı (17 dekabr. – red.) və bir neçə gizli bilgilərin sızdırılması ilə suçladığını xatırladır.

Müxbirin diqqət yönəltdiyi bir məsələ də Ərdoğanın prezidentliyə namizəd ola biləcəyinin siqnalını verməsidir.

"Faynənşnl Tayms"a görə, Ərdoğan gülənçilərə qarşı bu yaxınlarda tədbir görəcəyini bu sözlərlə ifadə edib:
"Qaçanlar qaçdı. Bəziləri də sabah qaça bilər... Demişdim axı, hinlərinə girəcəyik. Hesab verəcək, əvəzini ödəyəcəklər".
"Faynənşnl Tayms"a görə, Ərdoğan zəfər nitqində prezidentliyə namizəd ola biləcəyini bu sözlərlə ifadə edib:
"Bundan sonra da bu can bu bədəndə olduqca üzərimizə hansı əmanət yüklənsə, Allahın icazəsi ilə ona sədaqətlə sahib çıxmağa çalışacağıq".(Axar.az)
Bağla X