22:43
(077) 610-22-33

Kliçko Timoşenkoya seçkilərə qatılmamasını tapşırdı

  • >
882 31 Mart 2014 18:12 | Dünya

Ukraynanın "UDAR" partiyasının lideri Vitali Kliçko "Batkivşinı"nın başçısı, sabiq baş nazir Yuliya Timoşenkonu prezident seçkilərinə qatılmamağa çağırıb.

Musavat.com-un məlumatına görə, bu barədə o, alman nəşri olan "Bild"dəki məqaləsində yazıb.

"Sorğulara görə, Pyotr Poroşenko ən böyük dəstəyə malikdir. Mən də buna görə onu müdafiə edirəm. Heç də pis olmazdı ki, Yuliya Timoşenko da öz üzərinə məsuliyyət götürüb Poroşenkonu dəstəkləsin. Ölkəmiz nəinki böyük islahatlar həyata keçirmək zərurəti qarşısındadır, eyni zamanda Rusiyanın hərbi təcavüzü ilə üz-üzədir. Buna görə də mən ölkənin bir az da parçalanmaması naminə çoxdan bəyan edirəm ki, seçkilərə bütün demokratik partiyaların vahid namizədi ilə getməliyik".


AzNews.az
Bağla X