Litvada Rusiya telekanallarının yayımı dayandırıldı

Litvada məhkəmənin qərarı ilə Rusiya telekanalları "NTV" və "NTV Mir"in yayımı 3 ay müddətinə dayandırılıb.

ANS PRESS-in məlumatına görə, yaxın vaxtlarda Litvada "Rossiya" telekanalının da yayımının dayandırılması planlaşdırılır.

Litva mətbuatının yaydığı xəbərlərə görə, Televiziya və Radio Şurası ölkədə "Birinci kanalı"n və NTV-də yayımlanan "Məhkum edilmişlər. "Alfa" qrupu üçün hazırlanmış tələ" verilişini tamamilə dayandırmaq niyyətindədir.

Xatırladaq ki, ötən il Litvada Rusiyanın "Birinci kanalı"nda Sovet ordusunun 1991-ci ildə paytaxt Vilnüsdə törətdikləri ilə bağlı nümayiş edilən verilişdən sonra kanalın yayımı 3 ay müddətinə dayandırılmışdı.

AzNews.az