18:30
(077) 610-22-33

Erməni videoçarxları saxta çıxdı - VİDEO

  • >
1 306 31 Mart 2014 20:53 | Dünya

Suriyanın ermənilər yaşayan Kesab şəhərində müxalifətçilərin 80 nəfər ermənini öldürməsi barədə yayılan videoyazı saxtadır.

Kesabın milliyyətcə erməni olan meri Vazgen Çaparyan Ermənistanın "News.am" saytına bildirib. "Kesabda terrorçuların erməniləri öldürməsi barədə yayılan videoyazı saxtadır", - deyə Çaparyan vurğulayıb.

Merin sözlərinə görə, bir neçə gün qabaq şəhərdə cəmi 30 adam qalmışdı və onlar əsasən yaşlı adamlar idi. Ancaq hazırda onlar da Latakiyaya evakuasiya ediliblər. Çaparyanın sözlərinə görə, hazırda Suriyanın dövlət qüvvələri Kesab uğrunda mübarizə aparırlar. Mer şəhərdə yaşayan 700 erməni ailəsinin çoxdan Latakiyaya evakuasiya edildiyini bildirib.

Şəhər isə martın 21-dən "Əl-Qaidə"yə bağlı "Cebhat ən-Nusra" qruplaşmasının əlinə keçib. Amma buna baxmayaraq ermənilər şəhəri Türkiyədən gələn iki qruplaşmanın tutduğunu, 80-dən çox erməni öldürüldüyünü və s. iddia etməyə başlamışdılar. Bu qərb informasiya məkanında geniş yayılmışdı. Erməni əsilli müğənni Şer və pornoulduz Kim Kardaşyan bu məsələyə qatılıb erməni soyqırımını dayandırmağa çağırmışdılar. Amma Vazgen Çaparyan bütün bu yalan xəbərləri təkzib etdi. (ANS)



Bağla X