Altı hərbiçi süi-qəsd cəhdi ilə bağlı saxlanılıb Altı hərbiçi süi-qəsd cəhdi ilə bağlı saxlanılıb

Obamaya sui-qəsd cəhdinin üstü açıldı

Altı hərbiçi süi-qəsd cəhdi ilə bağlı saxlanılıb



ABŞ prezidenti Barak Obamaya qarşı süi-qəsd planlaşdıran və hakimiyyti ələ keçirmək istəyən altı hərbiçi həbs edilib. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, şübhəlilər Corciya ştatında yerləşən "Fort Styuart" hərbi bazasında anarxist gizli qruplaşma yaradıbmışlar.

Süi-qəsdin və hakimiyyəti ələ keçirmək planını həyata keçirmək məqsədiylə hərbiçilər konkret addımlar da atıblar. Onların 87 min dollar məbləğində silah sursat aldığı, strateji obyektləri ələ keçirmək üçün plan hazırladığı və ABŞ prezidentinə qarşı süi-qəsd təşkil etmək üçün zəruri məlumat əldə etdikləri bildirilir.

Saxlanılanlardan Maykl Barnett isə bildirib ki, onların əsl məqsədi hakimiyyəti xalqa qaytarmaq olub. Hökumətdə isə hesab edirlər ki, saxlanılanlar sadəcə dövlət əleyhinə deyil, həmdə mülki əhaliyə qarşı terror aktları törətməyi planlaşdırıblar.

Sadiq
AzNews.az