NATO Pribaltikaya əlavə qüvvələr yerləşdirəcək


Ukrayna və Krım ətrafındakı vəziyyətlə əlaqədar NATO Litva, Latviya və Estoniyaya əlavə ordu yerləşdirə bilər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Atlantika alyansının rəhbəri Anders For Rasmussen Baltika ölkələrinə alyansın əlavə qüvvələrinin yerləşdirilməsi ideyasını inkar etməyib. Onun sözlərinə görə Ukrayna və Krım ətrafında cərayan edən hadisələr NATO - nu kollektiv müdafiə məsələlərinə yenidən baxmağa vadar edir.
"Biz artıq bəzi addımlar atmışıq: üç baltik ölkələrinə havadan müşahidə gücləndirilib, Polşa və Rumıniyanın müşahidəsini yaxşılaşdırmaq üçün xüsusi avadanlıq quraşdırılmış təyyarələr yerləşdirilib, Qara Dənizdə mövqelərimiz möhkəmləndirilib. Biz əlavə addımlar atmaq məcburiyyətində qalsaq heç bir tərəddüd edilməyəcək. Hər şey situasiyanın inkişafından asılıdır", - deyə Rasmussen bildirib.
Rasmussen onu da qeyd edib ki, situasiyanın nizamlanması üçün ən yaxşı yol siyasi və diplomatik dialoqdur.
" NATO Rusiya ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qala bilər" - NATO Baş katibi deyib.

Əli
AzNews.az