Lotoreyadan 425 milyon dollar uduldu

ABŞ-da yaşayan bir təqaüdçü 20 ildə itirdiklərini qazandı.

Anspress-in xəbərinə görə, ABŞ-ın Kaliforniya ştatında yaşayan təqaüdçü Reymond Bakston ölkədə təşkil edilən "Poweball" adlı lotonun "cek pot"u olaraq göstərilən 425,3 milyon dolların sahibi olub.

20 ildir hər dəfə lotoreya kuponu dolduran təqaüdçünün nəhayət, ötən gün bəxti gətirib. Bəxtəvər təqaüdçü jurnalistlərə verdiyi açıqlamada mükafat qazanan nömrələri gördükdə əvvəl gözlərinə inana bilmədiyini dilə gətirib.

"Bir neçə saat boyunca kompüterin başında oturdum və qazanan nömrələri dəfələrlə fərqli xəbər mənbələrindən yoxladım. Sevincimdən bir neçə gün ərzində yata bilmədim" -deyə təqaüdçü bildirib.

Qeyd edək ki, bu uduş məbləği ABŞ tarixində qazanılmış üçüncü ən böyük "cek pot" olub.

AzNews.az