Bələdiyyə üzvlüyünə 9 namizədin başı kəsildi - Dəhşət

Prezident və bələdiyyə seçkilərinə hazırlaşan Əfqanıstanda dəhşətli hadisə baş verib.

Bu barədə Lent.az-ın Əfqanıstanda olan əməkdaşı yerli media təmsilçilərinə istinadla məlumat verib.

Məlumata görə, hadisə Əfqanıstanın Sari Pul adlanan bölgəsində baş verib. Belə ki, bu bölgədə bələdiyyə üzvlüyünə namizəd olan 9 nəfər bir müddət öncə oğurlanıb. Bu gün isə həmin şəxslərin başları kəsilmiş formada cəsədləri tapılıb.

Əfqanıstanın mərkəzi Kabildə isə sabah keçiriləcək seçkilərlə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az