Ukrayna MDB - də sədrlikdən imtina etdi

Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Görüş sadəcə nazirlərin iştirakı ilə məhdud çərçivədə baş tutub.

Daha sonra nümayəndə həyətlərinin də qatıldıgı çoxtərəfli görüş keçirilib. Ukrayna hadisələri xarici işlər nazirlərinin əsas müzakirə mövzularından idi. Rəsmi Kiyevin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacağı ilə bağlı açıqlamalarına münasibət bildirən təşkilatın icra katibi Sergey Lebedev Ukraynanın belə bir addım atmayacağına ümid etmədiklərini deyib. Onun sözlərinə görə, bu qərar Ukrayna dövlətinin mənafelərinə uyğun deyil. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Kiyevi müstəqil iradə nümayiş etdirməməkdə günahlandırıdı: "Etnik azlıqların və bütün regionların haqları eyni şəkildə müdafiə olunmadığı müddətdə Ukrayna hökuməti ölkədəki böhranı siyasi zəminə yönləndirə bilməyəcək. Buna görə Ukrayna hökuməti kosmetik dəyişikliklər deyil, köklü konstitusiya islahatlarını etmək məcburiyətindədir. Bunun üçün də heç kim Ukraynanın daxili işlərinə qarışmamalıdır. Hələlik Qərb ölkələri Ukraynanın himayədarlığı roluna giriblər. Ukrayna hökuməti isə müstəqil bir iradə ortaya goya bilmir".

Qeyd edək ki, Ukrayna iclasda nümayəndə heyəti ilə iştirak edərək gündəlikdə olan sənədləri imzalasa da 2014-cü ildə MDB Xarici İşlər Nazirləri Şurasına sədrlikdən imtina edib. Bu səbəbdən 2013-cü ildə Şuraya sədrlik etmiş Belarus bu il də bu vəzifəni davam etdirəcək.(ANS TV)