Twitter-in vitse prezidenti erməni çıxdı

Twitter-in vitse prezidenti, mənşəcə erməni olan Raffi Krikoryan aprel ayının ikinci yarısında İrəvana gələcək.

ANS PRESS-in verdiyi məlumata görə, bu haqda erməni mətbuatı xəbər verib.

Bir həftəlik Ermənistana səfəri zamanı Krikoryanın proqramlaşdırma üzrə iki seminar keçirməsi və informasiya texnologiyaları nümayəndələrilə görüşləri nəzərdə tutulub. Krikoryanın hökümət üzvləri ilə də göruşu olacaq.

Qeyd edək ki, Twitter-in vitse prezidenti olan Raffi Krikoryan burada infrastuktur sisteminə başçılıq edir.
Krikoryan və onun komandası Twitter-də baza sisteminə, server qruplarına və proqramların qeydiyatına nəzarətlə məşğuldur.

Twitter-dən əvvəl Krikoryan WattzOn platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub, həmçinin Nyu-York Universitetində muəllim işləyib.


AzNews.az