ABŞ Senatı erməni soyqırımını gündəliyə saldı

Amerika Birləşmiş Ştatlarındakı erməni diasporu qondarma "erməni soyqırımı" məsələsini Senatın gündəliyinə salıb.

"Axar.az"ın məlumatına görə, ermənilər bu dəfə hətta Türkiyəni suriyalı erməniləri guya kütləvi şəkildə qətlə yetirməkdə qınayıb. Qeyd edək ki, həmişə olduğu kimi, bu il də dünyadakı ermənilər Amerika prezidentinin rəsmi internet saytında onun qondarma soyqırımı tanıması ilə bağlı xüsusi petisiyayla çıxış ediblər. Bu arada ABŞ-da fəaliyyət göstərən türk dərnəkləri məsələyə obyektiv yanaşması ilə bağlı Prezident Barak Obamaya müraciət etməyə hazırlaşırlar. Xatırladaq ki, aprelin 24-ü qondarma erməni soyqırımı qeyd edildiyindən, hər il aprel ayında bu məsələ gündəmə gəlir.

AzNews.az