Rus jurnalistlər Obamanı təhqir etdi- FOTO


Rusiyanın "Russia today" telekanalında ABŞ prezidenti Barak Obama təhqir edilib.

AzNews.az-ın məlumatına görə, kanalın xəbər proqramında Obamanın görüntüsünün altında - titrdə ABŞ prezidentinin adı "Baran Obama" kimi yazılıb.

Məsələ ilə bağlı ABŞ rəsmi dairələri reaksiya verməsə də, Amerika mediasında bu kəskin etirazla qarşılanıb. Kanal rəhbərliyi isə bu günə qədər baş verən olaya heç bir münasibət bildirməyib.

Xatırladaq ki, Rusiyanın Ukraynanın Krım Muxtar Respublikasını ilhaq etməsindən sonra ABŞ-la bu dövlətin münasibətləri günü-gündən pisləşməkdədir. Bu mənada təhqirin buradan qaynaqlandığı da istisna olunmur.

AzNews.az həmin görüntünü sizə təqdim edir: