«Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır» «Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır»

Bəşər Əsəd Türkiyəni günahlandırdı

«Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır»



Türkiyə hakimiyyəti Suriyada qarşıdurmanın alovlanmasında günahkardır. Suriya prezidenti Bəşər Əsəd yerli "Əd-Dünya" telekanalına müsahibəsində belə bəyanatla çıxış edib.

"Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır", deyə o bəyan edib. Eyni zamanda Suriya prezidenti silahlı müxalifətə qarşı mübarizədə müəyyən uğurlara nail olduğunu bəyan edib.

O bildirib ki, ölkənin bütün ərazisi üzərində nəzarəti qaytarmaq üçün hələ bir qədər vaxt lazım olacaq.

AzNews.az