Ukraynanın şərqinə 3 hərbi birləşmə göndərilib


Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinə 3 hərbi birləşmə göndərilib.

AzNews.az Ukrayna mətbuatında hüquq - mühafizə orqanlarının yaydığı məlumata istinadən xəbər verir ki, burada məqsəd rusiyapərəst qüvvələrin etirazını yatırtmaqdır.
Mənbənin məlumatında bildirilir ki, söhbət daxili qoşunlar, milli qvardiya və "Sağ cinah"qrupunun seçmə döyüşçülərindən gedir.

Üçüncü hərbi birləşmə isə Ukrayna DİN "Sokol" xüsusi təyinatlılarının tərkibinə daxil olan Blaçkwater müzdlu döyüşçüləridir.

Hərbi birləşmələrə təxirəsalmadan iğtişaşları yatırtmaq tapşırığı verilib.

Əli
AzNews.az