NATO qapılarını rus diplomatlarına bağlayıb


Rusiya diplomatlarının NATO - nun Brüsseldəki mənzil - qərargahına girişinə qadağalar qoyulub.

AzNews.az - ın İNTERFAX - a istinadən xəbərinə görə aprelin 8 - indən etibarən Rusiya missiyasının nümayəndələri adi ziyarətçilərlə eyniləşdiriləcək və giriş üçün onlardan alyansın xüsusi buraxılış vərəqəsi tələb olunacaq.
Yalnız Rusiya səfiri, missiya rəhbərinin müavini və iki əməkdaşın istisna səlahiyyətləri olacaq.
Bu addım təşkilatın xarici işlər nazirlərinin qərarının nəticəsidir. Onlar Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı Rusiya ilə mülki və hərbi sahələrdə bütün əməkdaşlığa xitam verilməsinə səs veriblər.

Azər
AzNews.az