Rusiya nümayəndə heyətindən AŞPA-ya hörmətsizlik- Canlı yayım

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında avstriyalı parlamentar Stefan Şennaxın hazırladığı "Əhəmiyyətli səbəblər üzündən Rusiya nümayəndə heyətinin təsdiq edilmiş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi" adlı hesabat ətrafında müzakirələr başlayıb. APA-nın xəbərinə görə, müzakirə zamanı Rusiya Federasiyasının qurumdakı nümayəndə heyəti assambleya zalını tərk edib.

Xatırladaq ki, hesabat Rusiyaya qarşı sanksiyaların tətbiqini, onun assambleyada səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.

AzNews.az