11:54
(077) 610-22-33

Məşhur aktrisada yoluxucu xəstəlik aşkarlandı – QİÇS ehtimalı

  • >
1 980 10 Aprel 2014 13:26 | Dünya


Məşhur Hollivud aktrisası Şaron Stoun San Paulo xəstəxanasına yerləşdirilib. AzNews.az xarici mətbuata istinadən məlumat verir ki, aktrisanin səhhəti qəflətən pisləşib. Onun səhhəti və xəstəliyi ilə bağlı mətbuata açıqlama verilməsə də, tibb müəssisəsindən verilən "sağlamlıq vərəqəsində" aktrisanın kəskin yoluxucu xəstəlik diaqnozu ilə müalicə aldığı göstərilir.

Qeyd edək ki, aktrisa bu yaxınlarda xeyriyyə məqsədi ilə təşkil olunmuş "Amfar" adlı qala konsertdə öz gözəlliyi ilə hamının diqqət mərkəzində olub. Konsert QİÇS kimi yoluxucu xəstəliklə mübarizə üçün vəsait toplamaq məqsədilə təşkil edilmişdi.

Sevinc
AzNews.az
Bağla X