Krım məmurlarına sanksiyalar şamil edildi

Rusiya tərəfindən Krımın qəsbkarlığı ilə əlaqədar, ABŞ şəxslər və şirkətlər barələrində tətbiq edilən sanksiyalar siyahısını genişləndirib.

Bu barədə BBC telekanalına məlumat verir.

Yeni siyahıda Krım administrasiyasının 6 nümayəndəsi, o cümlədən Sevastopolun meri Aleksey Çalıy, eləcə də Krımda referendumun təşkilində iştirak edən Ali Radanın keçmiş vitse-spikeri Sergey Tsekov və "Qaradənizneftqaz" şirkəti.

Bu siyahıya düşən şəxslərin hesabları dondurulacaq və ABŞ vətəndaşlarına onlarla işgüzar əlaqələr yaratmağa qadağa qoyulacaq.

AzNews.az