Ukrayna daha bir şəhərini itirdi

Ukraynanın Slavyansk şəhər administrasiyası üzərində də Rusiya bayrağı qaldırılıb.

Bu barədə şəhər meri Shtepa Nelia məlumat verib. O, şəhər administrasiyasında 1000-ə yaxın adamın olduğunu deyib.

Bundan başqa Rusiyameylli qüvvələr şəhərin təhlükəsizlik və milis bölmələrini də tutublar.

UNIAN-ın məlumatına görə, milis bölməsində "Donetski respublikası"nın təşəbbüsçüsü olan 20-yə yaxın silahlı şəxs var. Onlar bütün milis əməkdaşlarını binadan çıxararaq bölmədə saxlanan bütün silahları ələ keçiriblər. (Azadliq.org)