Erməni Kaliforniyada mer oldu

ABŞ-ın Kaliforniya ştatındakı Qlendeyl Şəhər Şurasının üzvü Zare Sinanyan qurum tərəfindən şəhərin meri təyin olunub.

Erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə "Glendale News Press" xəbər yayıb.

Sinanyan yeni vəzifədə Deyv Uiveri əvəz edib. Uiver Sinanyanın namizədliyini müdafiə eləməyən yeganə şəxs olub. Onun fikrincə, şəhəri idarə eləməkdə o, yetərli təcrübəyə malik deyi (Musavat.com).