Ukraynalılar Maydana axışdı – Foto

Rus ordusunun Luqansk istiqamətindən Ukraynaya daxil olmasının dərhal ardınca minlərlə ukraynalı Kiyevin mərkəzindəki Maydana toplaşıb.

Onlar Daxili İşlər naziri Arseni Avakovun və prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun istefasını səsləndirirlər.

"Axar.az"ın yerli fəallara istinadən məlumatına görə, aksiya iştirakçıları hər iki şəxsdən real addımların atılmasını və rus təxribatlarına qarşı real hərəkətə keçməyi tələb ediblər. Əks halda onların istefası istənilib.


AzNews.az