01:28
(077) 610-22-33

Suriya ilə bağlı BMT-də yenə iclas

  • >
536 31 Avqust 2012 08:52 | Dünya

Rusiya birtərəfli sanksiyalara qarşı çıxdı, Fransa və Britaniya humanitar yardım təklif etdi



BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı növbəti iclası keçirilib. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin Suriyaya qarşı birtərəfli sanksiyaların əleyhinə çıxıb.

O, bildirib ki, "bu cür sanksiyalar problemin həllinə xidmət etmir, sadəcə insanların həyatını çətinləşdirməyə yarayır, onlara sadə insani ehtiyaclarını belə ödəməyə imkan vermir".

İclasda iştirak edən Fransa və Britaniya xarici işlər nazirləri isə təklif ediblər ki, Suriyaya göstərilən humanitar yardım təcili olaraq əhəmiyyətli dərəcədə artırılsın. Xatırladaq ki, Britaniya bundan əvvəl də, Suriya silahlı müxalifətinə maddi yardım göstərəcəyini bildirmiş, silah yardımının isə nəzərdə tutulmadığını vurğulamışdı.

Sadiq
AzNews.a
Bağla X