477 nəfərin batması ilə bağlı prezident əmr verdi- Yenilənib (VİDEO)

Cənubi Koreyada 470 nəfəri aparan gəmi batıb.

AzNews.az xəbər verir ki, Koreya yarımadasının cənub sahillərində bədbəxt hadisə baş verib . 470 nəfəri Jeju adasına aparan gəmi batıb. Xilasedicilər tərəfindən 147 sərnişin xilas edilib, hələlik 1 nəfərin isə meyiti tapılıb. Hadisə yerinə helikopter və xilasedicilər göndərilib. Sərnişinlər arasında ən azı 325 nəfər şagird və müəllim olduğu bildirilir. Digər sərnişinlərin kimliyi haqqında isə hələki məlumat yoxdur.

Qeyd edək ki, gəminin hansı səbəbdən batdığı ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur.(09.59)

***
Xəbər verdiyimiz kimi, bu gün Cənubi Koreyanın cənub-qərb sahillərində "Sevol" gəmisi batmışdı. İlkin məlumatda bildirilirdi ki, gəmidə 470 nəfər olub. Hazırda mətbuata verilən açıqlamaya görə isə gəmidə 477 nəfər olub.

AzNews.az xəbər verir ki, onlardan təxminən 370 nəfəri xilas edilib. Üç nəfərin meyiti tapılıb, 107 nəfərin isə taleyi məlum deyil.

Ölkə prezidenti Pak Kın Xe insidentin baş verdiyi rayonda bütün mümkün vasitələrin səfərbər edilməsini əmr edib.

Qəzaya uğrayan gəminin göyərtəsində əcnəbi vətəndaşların olmasına dair hələlik heç bir məlumat daxil olmayıb.


Xəyalə Məmmədova
AzNews.az