- Köhnə - Dünya
- 31 Avqust 2012 09:24
- 3 289
Misir prezidenti İranı müəmmalı şəkildə tərk etdi
Qoşulmayanlar hərəkatının sammitinə qatılan Misir prezidenti tədbirdə çıxışı zamanı İranın müttəfiqi olan Suriya hakimiyyətini ciddi tənqid atəşinə tutub. İran televiziyası ilə canlı yayımlanan çıxış tərcümə səhvləri və ixtisarlarla xalqın diqqətinə çatdırılıb.
Çıxışı zamanı "Legitimliyini və etibarını itirən hakimiyyətlərin getməsi lazımdır" deyən M.Morsi Əsəd hakimiyyətini zalım və qəddar adlandırıb. Morsinin çıxışı İran rəsmilərinin xoşuna gəlməsə də, hələlik münasibət bildirməkdən imtina ediblər.
Alpər
AzNews.az