İtmiş təyyarə tapılıb, amma gizlədilir - IDDIA

İtmiş təyyarənin tapıldığı və gizlədildiyi ilə bağlı xəbərlər yayılıb.

"Axar.az" xəbər verir ki, dünyada axtarış işləri üzrə ən yaxşı mütəxssislərdən biri sayılan İngiltərənin itmiş təyyarə və gəmilərin axtarılması mərkəzinin direktoru Marns öz açıqlamasında itmiş təyyarənin tapıldığını tam əminliklə söyləyib: "Hökumət hələ bunu açıqlamır, amma bunu etmək üçün əllərində kifayət qədər fakt var", - deyə əminliklə vurğulayan mütəxəssis onu da əlavə edib ki, yaxın vaxtlarda alınan siqnallar adi siqnallar deyildi və gələn siqnallardan 4-ü çox aydın şəkildə itmiş təyyarənin yerini müəyyən etməyə imkan verir". Son olaraq onu da qeyd edək ki, Marns İkinci Dünya müharibəsi zamanı 1941-ci il, 19 noyabrda Avstraliya Dəniz donanmasına aid batmış savaş gəmisinin qalıqlarını 2008-ci ildə tapıb.


AzNews.az