Patrik Ventrell: “Diplomatiya qapısı İranın üzünə əbədi açıq olmayacq ” Patrik Ventrell: “Diplomatiya qapısı İranın üzünə əbədi açıq olmayacq ”

Dövlət departamenti İranı açıq təhdid etdi

Patrik Ventrell: “Diplomatiya qapısı İranın üzünə əbədi açıq olmayacq ”



ABŞ dövlət departamenti İranla bağlı yeni bəyanat verib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, dövlət departamentinin rəsmi təmsilçi Patrik Ventrell bildirib ki, ABŞ İrana, nüvə proqramı ilə bağlı iqtisadi və diplomatik təzyiqləri davam etdirəcək.

"Bilirsiniz ki, İrana qarşı iri miqyaslı iqtisadi sanksiyalar çox səmərəlidir və artıq nəticələri də var. Biz İrana qarşı iki istiqamətdən təzyiqləri davam etdirəcəyik. Bunlardan biri ağır iqtisadi sanksiyalar ikincisi isə diplomatiyadır. Diplomatiya qapısı isə əbədi açıq olmayacaq".

Dövlət departamentinin təmsilçisi İranın ali dini lideri Ayətullah Xameneyinin Qoşulmama Hərəkatına üzv ölkələrin sammitində " biz nüvə silahı yaratmaq istəyirik" fikrinə cavab verib və bildirib ki, bu cür fikirləri onlar əvvəldə eşidiblər ancaq onun reallaşması üçün hələ müvafiq şərait yoxdur.

Sadiq
AzNews.az