ABŞ Ukrayna Silahlı Qüvvələri üçün 6,5 milyon ayırdı

ABŞ Ukrayna Ordusunun və Dövlət Sərhəd Xidmətinin modernləşdirilməsi üçün maliyyə yardımı ayırıb.

AzNews-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarfi açıqlama verib. O deyib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin quru və sərhəd qoşunlarındakı çatışmazlıqların aradan qaldırılması üçün öz büdcəsindən 6,5 milyon dollar vəsait ayırmaq qərarına gəlib.
M. Xarfi bildirib ki, vəsaitin 3,5 milyonu dərman, dəbilqə, yataq ləvazimatları, sutəmizləmə qurğularının alınmasına, qalan 3 milyon dolları isə geyim və elektrik təminatı üçün xərclənəcək. Yardım ABŞ Müdafiə Nazirliyinin xətti ilə həyata keçiriləcək.

Əhməd
AzNews.az