Mədəsindən 400 qram qızıl külçə çıxdı – qızıllar müsadirə olundu

Hindistanın paytaxtı Dehlidə 63 yaşlı kişinin mədəsindən on iki ədəd qızıl külçə tapılıb. AzNews.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, kişi mədəsində olan ağrılarla bağlı xəstəxanaya müraciət edib. Səhhətindən şikayətlənən yaşlı kişi həkimə həyat yoldaşı ilə mübahisədən sonra əsəbləşərək şüşə butulkanın qapağını udduğunu deyib. Lakin cərrahlar əməliyyat etdikdən sonra onun mədəsindən şüşə qapağı əvəzinə, təxminən 400 q ağırlığında olan qızıl külçə tapıblar. Cərrahi əməliyyat aprelin 9-da həyata keçirilib. Əməliyyatdan sonra həkim-cərrah Ramaxandran deyib ki, artıq hadisə ilə bağlı polisə məlumat verilib. İş adamı olan 63 yaşlı dehlilinin ifadəsi alınıb. Qızıl külçələr isə polis tərəfindən müsadirə olunub.

Xatırladaq ki, Hindistan dünyanın ən böyük qızıl ixracatçısıdı və son zamanlar burada metal qaçaqçılığı rekord həddə çatıb.

Aydan
AzNews.az