21:07
(077) 610-22-33

BMT-nin binasına basqın - 58 ölü

  • >
1 417 18 Aprel 2014 19:12 | Dünya

BMT-nin Cənubi Sudandakı binasına silahlı hücum olub.

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, 58 nəfər qətlə yetirilib, yüzdən çox insan yaralanıb.

BMT baş katibinin sözçüsü Stefane Dujarris bildirib ki, ölkəni Bor şəhərində 5 min mülki vətəndaşın keçirdiyi dinc aksiyaya 350 nəfərlik yaraqlı basqın edib. Onlar dinc sakinlərər və BMT əməkdaşlarına atəş açıb.
Yalnız bundan sonra BMT-nin sülhümühafizə qüvvələri cavab atəşi açıb.

Baş katib pan Ge Mun bu silahlı basqını qınayaraq, baş verən olayla bağlı cinayət işi açılacağını bildirib.

Cənubi Sudanda keçən ilin dekabrında prezident Salva Kiir ilə onun o vaxtki müavini Riek Machar arasında münaqişə başlayıb. Həmin düşmənlik nəticəsində bir milyon adam evindən didərgin düşüb.

Cənubi Sudan Sudandan 2011-ci ildə qanlı münaqişədən sonra ayrılıb.


AzNews.az
Bağla X