01:36
(077) 610-22-33

Batan bərədən daha 3 nəfərin meyidi tapıldı

  • >
1 071 19 Aprel 2014 19:07 | Dünya

Cənubi Koreya sahillərində bərənin batması nəticəsində itkin düşənlərin axtarışı çətinləşib

Cənubi Koreya sahillərində 3 gün əvvəl bərənin batması nəticəsində həlak olan daha 3 nəfərin meyidi aşkar edilib. Lakin dalğıclar illüminatorun şüşələrini qıraraq meyidləri oradan çıxarmağa hələ müvəffəq olmayıblar.

ANS PRESS-in verdiyi məlumata görə, dalğıclar dənizin dibindəki bərədə axtarışlar aparmaq üçün bu gün daha bir neçə cəhd ediblər, lakin güclü axın və görünmə dərəcəsinin aşağı olması axtarış işlərini çətinləşdirir.

Bərənin batması nəticəsində 270-dən çox adam hələ də itkin hesab edilir ki, onların da böyük əksəriyyəti orta məktəb şagirdləridir. Cedju adası sahillərində batan bərədə 476 nəfər olub, onların təxminən yarısı xilas edilib.

Batan bərənin kapitanı da artıq həbs edilib. O, su nəqliyyatını idarəetmə qaydalarını pozmaq da daxil olmaqla, 5 maddə ilə ittiham edilir.

AzNews.az
Bağla X