20:30
(077) 610-22-33

Ukrayna ilə Rusiya sərhədində qan töküldü - VİDEO

  • >
7 248 20 Aprel 2014 17:19 | Dünya

Pasxa bayramında Ukrayna və Rusiya sərhədində gərginlik səngiməyib. Baxmayaraq ki, rəsmi Kiyev rusiyapərəst qüvvələrə qarşı əməliyyatları Pasxa bayramında dayandırdığını bəyan etmişdi.

Sərhəddə itki ilə nəticələnən atışma olub.

Ukraynanın Slovyansk şəhərində sərhəd-keçid məntəqəsində atışma baş verib. Avtomobillərə baxış üçün qurulmuş blokpostda atışma zamanı 3 rusiyayönümlü etirazçı və 2 naməlum şəxs ölüb.

ATƏT-in hərbi nümayəndələri Ukraynanın şərqində müşahidə aparacaq

ATƏT-in hərbi nümayəndələri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində inzibati binaların hökumət qüvvələrinə təhvil verilməsini müşahidə etmək üçün əraziyə gəliblər. Bu barədə CNN telekanalı xəbər verir. Cenevrədə dördtərəfli görüşdə əldə olunan razılığa görə, bütün inzibati binaları etirazçılar boşaldacaq və radikal silahlı qruplaşmalar tərksilah olunacaq. Razılaşma ölkədə siyasi gərginliyi nisbətən aradan qaldırsa da, rusyönümlü etirazçıların öz məqsədlərindən daşınacaqları real görünmür. Donetsk vilayətinin Slavyansk şəhərində separatçılar yenidən etiraz aksiyası keçiriblər. Fəalların əsas tələbi regionunun statusuna dair referendum keçirilməsi olub.

Etirazçı Simon İqoryeviç: "İlk öncə referendum keçirilməlidir. Daha sonra müstəqil olub-olmamağa qərar verəcəyik"

Etirazçı Valeriy Qriqoriç: "Biz Donetsk Respublikasını elan etdikdə artıq referendum keçirmişdik. İndi biz yarımmüstəqillik. Artıq siyasi istiqamətin nə olacağını və Rusiya Federasiyası ilə hansı münasibətlərin qurulacağını müəyyən etmək lazımdır"

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Pasxa bayramı münasibətilə televiziya vasitəsilə xalqa müraciət edib. O Ukraynada tezliklə sülhün bərpa olunacağına ümid etdyini deyib:

"Biz çətin bir dövr yaşayırıq, Ukrayna xalqı özünün azadlıq arzusunu, ədalət və həqiqi mənəvi dəyərlərin bərqərar olması istəyini dilə gətirir. Diriliş günü iman və sevginin qeyd edildiyi bir gündür. Tanrı Ukraynaya sülh bəxş etsin".

Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanı "Qazprom"a olan 2,2 milyard borcunu ödəməyə çağırıb. Dövlət telekanalına müsahibəsi zamanı Putin Ukraynanın avropalı tərəfdaşlarını bu ölkəyə maliyyə yardımı etməyə təkid edib.




AzNews.az
Bağla X