Markesi iki yerə “böldülər”

Məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin külü iki ölkədə sovrulacaq. AzNews.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Mexiko şəhərindəki konsulu José Gabriel Ortiz məlumat verib.Konsul bildirib ki, yazıçının nəşinin külünün yarısı anadan olduğu Kolumbiyada, başqa yarısı isə ana vətəni hesab etdiyi Meksikada sovrulacaq. Meksika prezidenti Enrique Peña Nieto isə Twitter hesabında Markesin ölümü haqda bunları yazıb: "Kolumbiyada anadan oldu. Amma uzun illər Meksikanı ikinci vətəni olaraq qəbul etdi, həyatımızı zənginləşdirdi".

Qeyd edək ki, dünya şöhrətli yazıçı bu ayın 17-də dünyasını dəyşib.

İntiqam
AzNews.az