Xarkov və Luqansk şəhərlərində “xalq qubernatorları” seçildi

Bu gün Xarkovda rusiyameyyli nümayişçilər yerli sakin Vladimir Varşavskini "xalq qubernatoru" seçiblər.

APA-nın "RBK-Ukrayna"-ya istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları onun bu vəzifədə təsdiq olunması üçün Moskvaya yola düşməyini təklif ediblər.

Qeyd edək ki, bundan əvvəl Luqansk şəhərində rusiyameyyli fəallar keçirdikləri qurultayda "cənubi-şərq ordusunun komandiri" Valeri Bolotovu "xalq qubernatoru" seçiblər.

AzNews.az