03:22
(077) 610-22-33

Lavrov Rusiyanın Ukraynaya hərbi müdaxiləsini istisna etmədi

  • >
912 24 Aprel 2014 09:46 | Dünya

"Rusiyaya və onun soydaşlarına hər hansı hücum baş verərsə, buna adekvat cavab veriləcək".

AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Serqey Lavrov Ukrayna ətrafında cərəyan edən hadisələri şərh edərkən deyib.

O bildirib ki, Rusiyanın və vətəndaşlarının maraqları Cənubi Osetiyada olduğu kimi təhdidlə üzləşərsə, buna beynəlxalq hüquq normaları çərçivəsində cavabın verilməsində heç bir məhdudiyyət olmayacaq.
Qərbin Rusiyanın Ukrayna sərhədinə hərbçi qüvvələr toplaması ilə bağlı sualı da cavablandırıb. S. Lavrov bildirib ki, Rusiya qoşunları öz ərazisində yerləşir: "Onlar təlimlərdə iştirak edirlər. Bu təlimlər isə Serqey Şoyqu müdafiə naziri olandan sonra mütəmadi hal alıb. Ötən il təlimlər Rusiyanın şərq hissəsində keçirilirdi, yəni - Sibirdə. Sonra hərbi təlimlər federasiyanın mərkəzi ərazilərində reallaşdırıldı. Daha sonra isə təlimlər Ukrayna yaxınlığında keçirilib".

O, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə də münasibət bildirib: "Amerikalılar təkcə Ukrayna məsələsində deyil, digər konfliktlərin də həllinin məsuliyyətini Rusiyada görürlər. Belə demək mümkünsə, bu problemlərin həll olunmamasının yükünü bizim üzərimizə qoyurlar. Bu isə düzgün yanaşma deyil".

Aydan Axundova
AzNews.az
Bağla X