NATO Suriyaya hərbi müdaxilə edəcək

İran mətbuatı Suriyaya hərbi müdaxilə barədə razılığın əldə edildiyi barədə məlumat yayıb. Press TV - nin məlumatına görə, İsrail və Səudiyyə Ərəbistanının nümayəndələrinin də iştirakı ilə Brüsseldə keçirilən toplantıda belə bir razılıq əldə edilib. İran mətbuatı iddia edir ki, telekonfrans şəklində keçirilən tədbirdə hərbi müdaxilə ilə bağlı NATO- ya yekdilliklə səlahiyyət verilib.

"Ancaq bunun üçün BMT-dən icazə alınması lazımdır" deyən İran mətbuatı Suriyanın müdafiə qabiliyyətinin yüksək olduğunu da vurğulayıb. Məlumatda, həmçinin, qeyd olunur ki, Suriya hərbi gücləri məhz rusların rəhbərliyi ilə idarə olunur.

Alpər
AzNews.az